!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Arayik düz deyir, Azərbaycana inteqrasiya ola bilməyəcək, çünki...” - ŞƏRH

!Reklam – Yazi

“Arutyunyan Azərbaycana inteqrasiya edə bilməyəcək, həbs olunacaq. Ancaq yerdə qalan digər erməni kəsim isə mütləq Azərbaycana inteqrasiya olacaq”.

Bunu Arayik Arutyunyanın “özünüidarəetmədən heç vaxt vaz keçməyəcəyik, Azərbaycanın inteqrasiya tələbini yerinə yetirməyəcəyik” açıqlamasına münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, terrorçu rejimin başçısı Arayik Arutyunyanın belə açıqlama verməsinə səbəb özünü arxayın hiss etməsidir:

“Onu belə fikirlər səsləndirməyə məhz Rusiya vadar edir. Ermənilərin törətdiyi təxribata rus sülhməramlılarının susqun dayanması, erməni yaralılarına kömək etməsi Rusiyanın proseslərdə barmağının olduğunun göstəricisidir.

Arayik Azərbaycana inteqrasiya etməyəcəyik sözündə haqlıdır. O, Azərbaycana inteqrasiya edə bilməyəcək, həbs olunacaq. Ancaq yerdə qalan digər erməni kəsim isə mütləq və mütləq Azərbaycana inteqrasiya olacaq. Arayik cinayətkardır, “Vətən” müharibəsi zamanı Gəncənin, Bərdənin vurulmasına komanda verənlərdən biri olub.

Terrorçu ermənilərin belə fikirlər səsləndirməsinə səbəb birbaşa Rusiyanın dəstəyidir. Rusiyanın məqsədi özünün varlığını bölgədə qorumaq, saxlamaqdır. Əgər Rusiya Ukraynada qalib ola bilərsə, bəlkə Cənubi Qafqazda da nəyəsə nail olar.

Ancaq hesab edirəm ki, nə Rusiyanın Ukraynada qələbəsi, nə də ki Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının qarşsını ala bilməsi mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

12907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv