!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayik yediyi qaba tüpürür: "Rəsmi Bakının qəzəbindən xilas ola bilməyəcək" - ŞƏRH

!Reklam – Yazi

“Arayikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın, “Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb”, – deməsinə münasibət bildirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, Paşinyanın məlum açıqlamasından sonra xaricdəki erməni diasporu və lobbisinin, eyni zamanda daxildəki ultramilliyyətçi və radikal müxalifətin ona qarşı cəbhə alacağı gözləniləndir:

“Qarabağdakı separatçı-terrorçuların rəhbəri Arayik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar və onların maraqları ticarət obyekti deyil. Separatçı rejim liderlərindən olan David Babayan isə mətbuata açıqlama verərək “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq, Ermənistan baş nazirinin mövqeyinə etiraz edib. Fikrimcə, Arayik bu məsələdə Kremlə arxalanır. Lakin Kremlin separatçılara görə rəsmi Bakı ilə qarşı-qarşı gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta son proseslərdə Bakı özünün nə qədər yaxşı və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Arayikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək”.

Turan Rzayevə görə, hazırda rəsmi Bakı üçün ideal fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır. Ermənistan ilə separatçılar arasında yaranan gərginlikdən Bakı maksimum dərəcədə istifadə edib prosesi yekunlaşdırmalıdır:

“Digər tərəfdən, proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu baxımdan Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsi də müzakirə olunacaq. Separatçılara gəlincə, gec-tez Qarabağda anti-terror əməliyyatı başlaya bilər. Bu əməliyyatların məqsədi mülki ermənilər deyil, qanunsuz silahlı dəstələrin məhvi və Azərbaycan ərazi bütövlüyünün tam təmin edilməsidir. Arayikin son sözləri faktiki olaraq antiterror əməliyyatına başlaması üçün Bakıya əsas verir”.

Gülşən Şərif

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv