!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayiki hansı cəza GÖZLƏYİR?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Yenicag.az xəbər verir ki, Arayikə qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Arayik Harutyunyanı hansı cəza gözləyir?

– Maddə 100 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 117 (Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır
– Maddə 120 (Qəsdən adam öldürmə) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 214 (Terrorçuluq) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 214-1 (Terrorçuluğu maliyyələşdirmə) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 214-2 (Terrorçuluğa açıq çağırışlar) 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 218 (Cinayətkar birlik (təşkilat) yaratma) 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Maddə 279 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır./unikal

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv