!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayikin Azərbaycana gətirilməsində RUSİYA MÖVQEYİ: "Törətdiyi cinayətlərə görə..." - Politoloq

!Reklam – Yazi

“Arayik Arutyunyanın yeri həbsxanadır”.

Bunu separatçı rejimin prezidenti Arayik Arutyunyanın Azərbaycanda mühakimə olunma ehtimalına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Arayik törətdiyi cinayətlərə görə həbs olunmalıdır:

“Azərbaycan hüquq mühafizə orqanlarının yurisdiksiyası Arayiki gətirməyə bəs edir? Bu sual çox maraqlıdır. Nəzəri cəhətdən bu mümkündür. Azərbaycanın kəşfiyyat orqanları var, xüsusi təyinatlıları var. Məsafə baxımından Arayiki Xankəndindən tutub gətirmək problem deyil. Ancaq burada Rusiyanın da mövqeyi var. Rusiyadan gələn reaksiya nəzərə alınmalıdır, dünyadakı erməni havadarları bu məsələyə necə münasibət bəsləyəcəyini düşünmək lazımdır.

Arayiki gətirmək əməliyyatının müsbət nəticələri mənfi nəticələrdən çox olacaqsa, onda bunu etməyə dəyər. Əks halda buna ehtiyac yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

1169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv