!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayikin həbsinin İrəvanda yaratdığı COŞQU: “Onların Ermənistanda mühakimə olunmalarının...”

!Reklam – Yazi

“Azərbaycanın siyahısında yer alan dörd yüzə qədər cinayətkarın hər biri həbs olunaraq cəzalandırılmalıdır”.

Bu fikirləri Qarabağda məhv edilmiş separatçı rejimin sabiq rəhbərlərinin ard-arda həbs olunmalarının Ermənistanda doğurduğu reaksiyanı dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hətta həmin canilərlə bağlı beynəlxalq məhkəməyə də müraciət edə bilər:

“Ümumiyyətlə, törədilən hər bir cinayətin gec-tez cəzası olmalıdır və olur. Azərbaycan adları məlum olan bu cinayətkarların yaxalanaraq öz cəzalarını almaları üçün çox gözləmişdi. Həm də onların cinayətləri sadəcə, Azərbaycan ərazilərini işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə məhdudlaşmır, bu adamlar öz xalqlarına qarşı da xeyli cinayətə yol veriblər.

Çox maraqlıdır ki, separatçı rejimin keçmiş rəhbərlərinin Azərbaycanda həbs olunmasına Ermənistanda müəyyən qədər gözlənilməz reaksiyalar var. Məsələn, Ovsep Xurşudyan adlı politoloq bildirib ki, Azərbaycan həmin şəxsləri Ermənistana versə və onların mühakiməsi orada aparılsa, çox yaxşı olar. Yəni erməni cəmiyyətində də onların cəzalandırılmasının vacibliyini açıq formada deyənlərə rast gəlinir.

Təbii ki Azərbaycanın siyahısında yer alan dörd yüzə qədər cinayətkarın hər biri həbs olunaraq cəzalandırılmalıdır. Onların sırasında “Miatsum” hərəkatının ilk təşəbbüskarları olan Robert Koçaryan və Serj Sarkisyan xüsusi yer tutur. Ona görə də, siyahıdakı bütün adamların mühaiməsi və cəzalandırılması vacibdir.

Azərbaycan hətta onlarla bağlı beynəlxalq məhkəməyə də müraciət edə bilər. Çünki Koçaryan, Sarkisyan və başqaları həm də birbaşa savaş caniləridirlər. İnanıram ki, onlar da ədalət mühakiməsinə çıxarılacaqlar”.

A.Zeynalov

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv