!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayikin Paşinyana baş qaldırışı: "Mübarizə aparmaq imkanları yoxdu" - Politoloq

!Reklam – Yazi

“Azərbaycan yanlış siyasətdən əl çəkib gerçəkliyə uyğun siyasət həyata keçirir, Ermənistansa əksinə. Ona görə də Azərbaycan udacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinin Azərbaycan Konsttutsiyasına və BMT-nin qərarlarına uyğun həll edilməsi çıxışına Arayik Artunyunyanın hədə ilə cavab verməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Arayik Artyunyan Paşinyanın bir nömrəli adamıdır:

“Arayikin Paşinyanla mübarizə aparmaq imkanları yoxdur. Əgər imkanı yoxdursa, hansı mübarizədən söhbət gedə bilər?! Hesab edək ki, Azərbaycan ABŞ ilə mübarizə aparmaq istəyir. Sözlə ABŞ-ni söyə, hədələyə bilərik. Ancaq ABŞ-la mübarizə aparmağa imkanımız yoxdur. ABŞ-nin təkcə müdafiə xərcləri 700 milyarddan çoxdur. Arayikin 35 minlik əhalisi var. Onlara nəzarəti Rusiya sülhməramlıları edir. Hansı ki, bunu Paşinyanla müzakirə etdikdən sonra qərar verirlər. Ermənistanın 2 milyon əhalisi ola, ya olmaya. Ermənistan Xankəndiyə ildə 200 milyon dollarlıq pul keçirir. Belə bir şəraitdə Aryaikin Paşinyanla mübarizə aparması, onu hədələməsi, təhdid etməsi inandırıcı deyil. Bunlar hamısı danışılmış döyüşdü. Arayik əvvəldən Paşinyanın adamı idi”.

Politoloq qeyd edib ki, bundan sonra baş verəcək hər şey Azərbaycandan aslıdır:

“Azərbaycanın imkanları həmişə Ermənistandan çox olub. Ancaq Azərbaycan həmişə Ermənistana uduzub. Çünki siyasətimiz yanlış olub. İndiki mərhələdə Azərbaycanın siyasəti gerçəkliyə uyğundur. Ermənistanın siyasəti isə gerçəkliyə uyğun deyil. Gerçəkliyə uyğun olmayan siyasət həmişə gerçəkliyə uyğun olan siyasətə uduzur”.

Səxavət Məmməd

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv