!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arayiklə bağlı şok plan ortaya çıxdı: Necə qaçacaq?

!Reklam – Yazi

Qarabağ separatçılarının “rəhbəri” Araik Arutyunyanın “istefası” məsələsi hələ də bağlanmayıb. Xatırladaq ki, iki həftə əvvəl Arutyunyanın “istefaya” getməsi xəbəri yayılmış və o, Qarabağdakı siyasi sahənin fəal aktorlarını, keçmiş “prezidentlər”i və “parlament qüvvələrinin rəhbərləri”ni şəxsən məlumatlandırmışdı.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, Arutyunyan hazırkı vəziyyətdən, habelə ona qarşı irəli sürülən ittihamlardan bezdiyi üçün son qərarı verdiyini bildirib:

“Lakin bir neçə gündən sonra Arutyunyanın peşman olduğu məlum olub. Bəzi dairələr, o cümlədən keçmiş “dövlət naziri” Ruben Vardanyan onu vədini yerinə yetirməməkdə ittiham ediblər. Görüşün bəzi iştirakçıları onu “Artsax” üçün gözlənilməz nəticələrə səbəb ola biləcək bu addımı atmamağa çağırıblar”.

Qəzetin Qarabağdakı mənbələri bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Arutyunyanın istefa ərizəsini təqdim etməsinə imkan verməyib:

“Ermənistanın hakim elitasında Arayik Arutyunyanın Ağdam yolu ilə ticarətlə bağlı Paşinyanın razılığını yerinə yetirə bilmədiyi üçün gedəcəyi haqqında fikirlər olsa da, Ermənistanın Baş naziri yükünü yüngülləşdirərək Araik Arutyunyanı istefasını bir neçə həftə təxirə salmağa çağırıb. Çünki bu, İrəvan Ağsaqqallar Şurasının seçkilərinə böyük təsir göstərə bilər”.

KİV əlavə edib ki, baş verən hadisələr fonunda, görünür, Arayik Arutyunyanın istefası məsələsi yenidən gündəmə gələcək:

“Üstəlik, bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti “Artsax”ın yeni “prezidenti” məsələsi ilə bağlı artıq qərar verib. Belə ki, “Artsax”ın keçmiş “xarici işlər naziri” Masis Mayilyanın adı bu “post”da hallanır. Soros üzvü olan Mayilyan, həmçinin Ermənistan hakimiyyəti tərəfindən idarə olunur. “Artsax”dakı “hakimiyyət” mübarizəsində digər bir persona olan Samvel Babayan isə İrəvan tərəfindən dəstəklənmir və ola bilsin ki, o, növbəti perspektivdə “dövlət naziri” “vəzifə”sini alacaq”.

“Hraparak” yazır ki, Araik Arutyunyanın tezliklə “vəzifə”sindən uzaqlaşdırılması ilə bağlı başqa məlumatlar da var. Məlumata görə, Araik Arutyunyan özünə və qohumlarına məxsus bizneslərdən xilas olmaqda davam edir. Xüsusilə də son günlər Arutyunyanın qardaşına məxsus sağmal holland inəkləri kütləvi şəkildə kəsilib.

Bununla belə, separatçılar arasında açıq-aşkar daxili siyasi qarışıqlıq davam edir. Hətta bir neçə gün əvvəl Samvel Babayan stul davasında bəzi dairələri günahlandırıb. O, bildirib ki, Araiklə görüşən məşhur “səkkizlik” hazırda bölgəni fəlakətə sürükləyir. Xatırladaq ki, S. Babayanın “səkkizlik” adlandırdığı şəxslər qondarma rejimin keçmiş “prezidentləri” Bako Saakyan, Arkadi Qukasyan, sabiq “dövlət naziri” Ruben Vardanyan və separatçı quruma məxsus “müxalifət qüvvələri”nin “liderləri”dir.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv