!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Araz Elsəs Bakıda konsert verəcək: "Uzun illər bunun arzusunda idim" - VİDEO

!Reklam – Yazi

“Uzun illər idi gözəl yurdumuzda, gözəl Bakımızda konsert vermək arzusunda idim. Sonunda Mədəniyyət Nazirliyimizin təşkilatçılığı ilə bu konsert gerçəkləşəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri dünyaca məşhur azərbaycanlı ozan Araz Elsəs sentyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək ilk solo konsert proqramı ilə bağlı danışarkən deyib.

Bütün türk dünyasında sevilən və tanınan, Azərbaycan və onun söz sənətinin, musiqisinin, gələnəklərinin vurğunu Araz Elsəs onu da bildirdi ki, “Sevgili yurdum” adlı konsertində sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi təbliğ edən yeni əsərlərini təqdim edəcək.

Araz Elsəsi gerçək bir sənətkar adlandıran Bəstəkar Firudin Allahverdinin fikrincə, o həm də Güney Azərbaycanın ən siyasi sənətçisidir, simvoludur.

Onu da xatırladaq ki, Türk dünyasının sevilən sənətçisi ozan Araz Elsəsin sentyabrın 30-da Bakıda Heydər Əliyev Sarayında konserti olacaq. Konsertin Bakı vaxtı ilə saat 19:00-da keçiriləcəyi nəzərdə tutulur. Ozan Araz Elsəsin konsertlə bağlı müsahibəsini bu linkdən izləyin:

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv