!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Araz FM”in 11 yaşı tamam olur - FOTOLAR / VİDEO

!Reklam – Yazi

Azərbaycan radio məkanında milli musiqi konseptinə malik “Araz FM”in 11 yaşı tamam olur.

2011-ci il aprelin 4-də fəaliyyətə başlayan radiostansiya 103.3 MHz tezliyində qərar tutub. Son illər ərzində radioverilişlərində müxtəlif format dəyişiklikləri edilib və hazırda radionun yayımını Azərbaycan ərazisinin 80 faizində dinləmək mümkündür. Tezliklə bu rəqəm böyüyərək ölkəmizin işğaldan azad olunmuş ərazilərini də əhatə edəcək.

“Araz FM” dalğasında 24 saat boyunca Azərbaycanın xalq, klassik və müasir musiqilərini yüksək keyfiyyətdə dinləmək olar.
Həftəiçi hər gün səhərlər əyləncəli və informativ xarakter daşıyan “Səhər adamları” ilə açılır. Daha sonra isə gün ərzində sıra ilə əyləncəli “Ağzınızın dadı qaçmasın”, ciddi mövzuları müzakirəyə alan “Əmlakçı”, sosial xarakterli “Qəbul vaxtı”, yol hərəkəti qaydalarını izah edən “Düzgün hərəkət” hər yaş və məslək qrupundan olan insanlar üçün nəzərdə tutulub.

Həftəsonları isə efirə gedən “Nəğməli miras” unudulmaz mahnılarımızı səsləndirərək dinləyicilərin yaddaşını təzələyir, eyni zamanda onların ruhunu oxşayır.

Azərbaycan tarixində ad qoyan qadın qəhrəmanları yaxından tanımaq istəyənlər isə “Qadınnamə”ni qaçırmırlar.

Əlbəttə ki, “Araz”ın efiri hər saatbaşı yerli və dünya xəbərlərini operativ surətdə dinləyicilərə çatdırır.

Hazırda radionu FM dalğasından əlavə, onlayn və ya podkastlar formatında dinləmək mümkündür. Sosial şəbəkələrin də günümüzdəki rolunun vacibliyi diqqətə alınaraq, bu platforma üzərindən radionu nəinki dinləyə, həm də canlı olaraq da http://www.facebook.com/arazfm.az/ səhifəsində izləmək olar.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv