!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Araz” marketlər şəbəkəsində QİYMƏT FIRILDAĞI: Piştaxtada bir qiymət, kassada başqa... - FOTOLAR

!Reklam – Yazi

“Araz” marketlər şəbəkəsi müştəriləri bilərəkdən aldadır.

Yenicag.az xəbər verir ki, satılan məhsulun piştaxtadakı qiyməti ilə kassada vurulan qiyməti fərqlənir və nəticədə market vətəndaşları aldadaraq onlara maddi ziyan vurur.

Redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, piştaxtada məhsulun üzərinə vurulan endirimli qiymətə – 1 kilosunu 4,59 manata aldığı toyuq kassada əvvəlki qiymətlə, 4,99 manatla hesablanıb.

“Səbəbini soruşanda isə satıcı bunu kampaniya müddəti bitdiyi halda piştaxtada dəyişikliyin edilməməsi ilə əlaqələndirib. Məsələ burasındadır ki, belə hallarla hər gün qarşılaşırıq. Hər dəfə də eyni cavabı eşidirik. Nəticə isə dəyişməz olaraq qalır”, – deyə şikayətçi qeyd edib.

Fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv