!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Araz-Naxçıvan” bosniya və herseqovinalı futbolçu transfer etdi

!Reklam – Yazi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.

Yenicag.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

1,78 m boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maksima”, “Zvijezda”, “Banya Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar Velenye” və “Çelye” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Siti”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümündə “Araz-Naxçıvan”ın formasını geyinəcək.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv