!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Araz-Naxçıvan” “Neftçi”ni məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son oyununda “Araz-Naxçıvan” və “Neftçi” komandaları üz-üzə gəliblər. “Dalğa Arena”da keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 90+2-ci dəqiqədə penaltidən Orxan Əliyev vurub.

XXII turun açılış matçında “Qarabağ” “Sabah”la məhsuldar heç-heçə edib – 3:3. Digər görüşlərdə “Səbail” “Kəpəz”ə 4:1, “Turan Tovuz” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Zirə” – “Sumqayıt” oyunu isə qolsuz bərabərliklə başa çatıb.

Bu nəticələrdən sonra turnir cədvəlinə 51 xalla “Qarabağ” komandası başçılıq edir. “Sumqayıt” 35 xalla 2-ci, 32 xalla “Neftçi” 3-cüdür. Eyni xala malik “Zirə” dördüncü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə bu qələbə ilə xallarını 30-a çatdıraraq altıncı sıraya yüksəlib./Azertag/

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv