!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ard-arda baş verən insidentlər: Silahlar necə təmin edilir? - RƏY

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Ötən həftə “Bravo” hipermarketində də eyni hadisə baş vermişdi.

Həmin şəxslər gündüz çağı necə cinayət törədə bilir? Silahları haradan təmin edirlər? Silah istifadəsi bu qədər asanlaşıb? Belə insident bir daha təkrarlana bilər mi?

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən hüquq və təhlükəsizlik üzrə ekspert Şəmsəddin Əliyev bildirib ki, cəmiyyət inkişaf etdikcə belə hadisələr çoxalır:

“Xatırlayırsınızsa, 2005-ci ilə qədər Azərbaycanda insan alveri yox idi. Hətta cinayət məcəlləsində də buna dair bir maddə yox idi. Amma sonradan insan alveri, korrupsiya və s. məsələlər ortaya çıxdı. Yaşadığımız mühitdə harınlamış insanlar hədsiz çoxdur. Həmin şəxslər fikirləşir ki, mən ekstravaqantam, hər şey edə bilərəm. Onların şüurunda nə formalaşırsa, heç yaxınları da xəbər tutmur. Son dövrlərdə qeyri-adi hadisələrin şahidi oluruq. Düşünürəm ki, 44 günlük müharibədən sonra bəzi şəxslər tərxis edildi və nəticədə nə qədər silah qalıqları yarandı. İnsanlar həmin o silahları da ələ keçirmiş ola bilər. Çünki Azərbaycanda və paytaxtımızda ov silahından başqa bütün silahların satılması, alınması və ötürülməsi qadağandır. Amma hərbi hissələrdən götürülmüş silahların ötürülməsi mümkündür. Bundan əlavə, mütəşəkkil dəstələrin mövcudluğundan da söhbət gedə bilər. Günün günorta çağı şəhərin kifayət qədər tanınan ərazisində bu cür əməl törətmək adi bir məsələ deyil. Müəyyən cinayətkar qruplarının olduğunu ehtimal edirəm. Amma yenə də daha geniş araşdırmalar davam edəcək. Belə situasiyalarda deyilən hər fikir istintaqların irəliləməsinə mane olur”.

O, həmçinin bildirib ki, bu hadisələrin təkrarlanması gözlənilmir:

“Bizim ölkədə kifayət qədər təhlükəsizlik təmin edilir, müəyyən işlər aparılır. Məsələn, ötən həftə baş verən “Bravo”dakı insidentin səbəbkarları gün ərzində yaxalandı. Biz cəmiyyətimizi qəbiristanlığa bənzədə bilmərik ki, baş daşı necə basdırılıbsa, elə də qalsın. İnkişaf var. Düşüncə tərzi formalaşıb. Sərbəst fikir ifadə etmək azadlığımız var. Burada yalnız hüquq mühafizə orqanlarının adını çəkmək istəmirəm. Ağır cinayətlə əlaqəli məlumatları sızdıran kömək məqsədli qüvvələr də var. Buna görə də hadisənin üstü dərhal açılır”.

Şahanə Paşa

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv