!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AREA-nın yeni loqosu təqdim edildi

!Reklam – Yazi

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) yeni loqosu təqdim edilib.

Yenicag.az Agentliyə istinadən xəbər verir ki, loqo konsentrik çevrələr və yarımçevrələr üzərində yerləşən külək turbini təsvirindən ibarətdir.

Çevrələr enerjinin yayılmasını, külək turbini isə “yaşıl enerji” növlərindən biri hesab olunan külək enerjisini tərənnüm edir. Yenilənməyin rəmzi olan çevrənin sonu və başlanğıcı olmadığı kimi, bərpa olunan enerji də tükənməzdir, daim yenilənir və təbiətdəki balansı qoruyur.

Loqonun əsas rəngləri qara və yaşıldır. Qara rəng gücü, yaşıl rəng isə ekoloji təmiz bərpa olunan enerjini əks etdirir.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv