!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arestoviç Qərbi "topa tutdu": “Putin rejiminə təhlükə yarananda, onu xilas etməyə...”

!Reklam – Yazi

Ukraynanın populyar keçmiş məmurlarından biri Qərb koalisiyasını sərt tənqid edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Qərbi Rusiyanın hərbi təcavüzünə məruz qalan ölkəsinə yetərli səviyyədə yardım göstərməməkdə suçlayıb.

Onun sözlərinə görə, Putin rejimi üçün real təhlükə yarananda, Qərb onu xilas etməyə qalxır:

“Priqojin qiyamı başlayanda, Qərbin əsas cəhdləri mərkəzləşmiş Rusiya dövlətini qorumaq yox, məhz Putin rejimini xilas etməyə yönəldi. Onlar hələ də inanırlar ki, Putini Çinin əleyhinə qaldıra biləcəklər.

Ümumiyyətlə, Pekin-Moskva-Vaşinqton üçbucağı köhnə söhbətdir… Orada tərəflərdən ikisi hər zaman üçüncüyə qarşı olmalıdır. Qərbə görə, Allah eləməsin, Rusiya dağılsa, mərkəzləşmiş dövlət və Putin rejimi çökəcək.

Putini açıq-aşkar şəkildə xilas etdilər, bizə isə Rusiyanı darmadağın etmək və Putin rejimini çökdürmək üçün yetərli dəstək vermədilər. Qərb hətta normal səviyyədə müdafiə olunmaq üçün də bizə lazımi silahları göndərmir. Onlar, məsələn, Odessanın müdafiəsi üçün 5 “Patriot” göndərə bilməzdilər?

Qərb Ukraynanı dəstəklədiyini bəyan etsə də, Rusiyanın məğlub olmasına imkan vermək niyyətində deyil”.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv