!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Argentinanın yeni prezidenti nazirlikləri "cəhənnəm"ə GÖNDƏRDİ - VİDEO

!Reklam – Yazi

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley hökuməti necə islahat edəcəyini nümayiş etdirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” alyansına daxil olan Libertar Partiyasına rəhbərlik edən Xavyer Miley prezident seçlib.

Yeni seçilən prezident Argentinanın kritik vəziyyətdə olduğunu və köklü islahatlara ehtiyacı olduğunu bildirərək nazirlikləri “cəhənnəmə” göndərib.

“İdman və Turizm Nazirliyi – cəhənnəmə! Mədəniyyət Nazirliyi – cəhənnəmə! İqtisadi İnkişaf Nazirliyi – cəhənnəmə! Qadın İşləri Nazirliyi – cəhənnəmə! Elm və Texnologiya Nazirliyi – cəhənnəmə! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – cəhənnəmə! Təhsil Nazirliyi – cəhənnəmə! Nəqliyyat Nazirliyi – cəhənnəmə! Səhiyyə Nazirliyi – cəhənnəmə! Siyasətdə oğurluq bitdi!”, – Miley bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv