!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Argentinanın yeni prezidenti Ukraynanı dəstəklədi və sülh konfransı təklif etdi

!Reklam – Yazi

Argentina prezidenti Xavyer Miley Rusiya ilə müharibədə Ukraynaya açıq dəstək ifadə edib.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski argentinalı həmkarı ilə telefon danışığından sonra bildirib.

“Yaxşılıqla şər arasında heç bir balans. Sadəcə, Ukraynaya açıq dəstək. Bunu ukraynalılar yaxşı hiss edir və yüksək qiymətləndirirlər”, deyə Zelenski X-də (keçmiş Twitter) yazıb.

Miley həmçinin Zelenskiyə Argentinada Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə həllinə dair konfrans keçirməyi təklif edib. Argentina prezidentinin xarici siyasət üzrə müşaviri və xarici işlər naziri vəzifəsinə əsas namizəd Diana Mondino “Münasib olarsa, özümüzü bir məkan olaraq təklif etdik”, deyib.

Zelenski Argentinanın sülh səylərində iştirakının çox vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, o, Mileyi “sülh formulunun” həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb və “güclü siyasi siqnal göndərmək” üçün onu Ukraynaya səfərə dəvət edib.

Xatırladaq ki, noyabrın 19-da keçirilən seçkilərdə Miley təxminən 56% səs (onun rəqibi Serxio Massa 44%-dən bir qədər çox toplayıb) topladıqdan sonra yeni seçilmiş prezidentin müşaviri Mondino Argentinanın yanvar ayından etibarən BRICS-ə üzv olmaq dəvətindən imtina edəcəyini söyləyib.

“BRICS-ə niyə bu qədər marağın olduğunu bilmirəm. Hazırda Argentinanın hansı üstünlüyü əldə edəcəyini başa düşmürük”, deyə Mondino bildirib.

Argentina adından BRICS-ə qoşulmaq üçün ərizə ölkənin əvvəlki hökuməti tərəfindən verilib. Rusiya səfirliyi Buenos-Ayresi müraciətin təsdiqlənməsi münasibətilə “səmimiyyətlə təbrik edib” və Moskvanın Cənubi Amerika dövlətinin təşkilata inteqrasiyasına “güclü dəstəyini” qeyd edib.

Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov Mileyin seçkilərdəki qələbəsindən sonra BRICS məsələsi də daxil olmaqla, əvvəlki hakimiyyətin kursunun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Eyni zamanda, Argentinanın yeni hakimiyyət orqanları Rusiya ilə münasibətləri kəsmək fikrində deyillər. Bunu Mondino deyib. “Rusiya ilə diplomatik münasibətləri kəsmək olmaz. Səfirin geri çağırılması üçün son dərəcə ciddi vəziyyət olmalıdır”, deyə prezidentin müşaviri qeyd edib.

Miley ABŞ, İsrail və Qərbin müttəfiqi olduğunu bəyan edib: “Mən avtokratik rejimlərlə, kommunistlərlə, sülhə hörmət etməyənlərlə və ya demokratik dəyərlərə malik olmayanlarla münasibətləri inkişaf etdirməyəcəyimi bildirdim.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv