Arif Babayev doğum günündə kövrəldi: “Dizin-dizin sürünüb…”

Xalq artisti, ustad xanəndə Arif Babayevin doğum günüdür.

81 yaşını qeyd edən xanəndə təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Keçən il dövlət səviyyəsində yubileyimi qeyd etdilər. Bu il ailə-uşaq, nəvələr yığışıb təbrik etdilər. Aşdan-bozbaşdan bişirdilər, mən də yedim”.

Xanəndə ən böyük arzusunu da dilə gətirərək kövrəlib:

“Ən böyük dərdim, niskilim Qarabağla bağlıdır. Arzum doğum günümü doğma Ağdamımda qeyd etməkdir. Doğulduğum kənddə ikimərtəbəli evim vardı, bilirəm ki, ermənilər o evi dağıdıb. Amma hər cığır, hər iz yadımdadır. Dizin-dizin sürünüb, o darvazadan içəri keçəydim. Onda dərdim olmaz”.

Cəvahir

COP29