!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arif Babayevdən XƏBƏRDARLIQ: “Heç kimə güzəşt olunmayacaq” - AÇIQLAMA

!Reklam – Yazi

“Heç kimə güzəşt olunmayacaq. Bunu əvvəlcədən deyirəm. Kim layiqdir, o da seçiləcək”.

Bunu Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətində təmsil olunan ustad xanəndə, Xalq artisti Arif Babayev Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə müsabiqə ilə bağlı təəssüratlarını bölüşərkən şərtləri də açıqlayıb:

“Yəqin, münsiflər heyətində təmsil olunan sənət adamlarının tələbələri də iştirak edəcək. Amma, “Bu, kiminsə tələbəsidir, ona səs verək”, – deyə bir şey olmayacaq. Əsas şərt səs və ifa ilə bağlı tələb olunan məqamlardır. Kiminsə tələbəsi gözəl oxuyacaqsa, şərtlərə tam cavab verəcəksə, münsfilərin yüksək balını da alacaq. Biz muğam sənətini yaşatmalıyıq. Yaşatmalıyıq və istedadlı gəncləri seçməklə muğamatı daha da yüksək zirvələrə çatdırmalıyıq. Bu gün sirr deyil ki, musiqimizdə bayağılığın da artdığının şahidi oluruq. Bunun qarşısını almalıyıq. Bunun üçün də keyfiyyətli musiqiyə və savadlı, istedadlı gənclərə meydan verməliyik. Bu meydan onlara müsabiqə vasitəsi ilə verilib. İnşallah, nəticəsi də uğurlu olacaq. Builki münsif heyətində dəyişikliklər də var. Gənc muğam ifaçısı Fərqanə Qasımova, yetirməm Nəzakət Teymurova, Teyyub Aslanov da müsabiqənin münsif kürsüsündə təmsil oulnacaqlar”.

Xalq artisti səhhəti barədə də danışıb. Uzun müddətdir ki, sağlıq durumu ilə əlaqədar efirlərdən, səhnələrdən uzaq düşən və müalicə olunan Arif Babayev səhhətinin yaxşı olduğunu bildirib.

Cəvahir

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv