!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arif Babayevin SEÇKİ SEVİNCİ: “Azərbaycana zəfər qazandıran qalib sərkərdə...”

!Reklam – Yazi

“İllərlə həsrətini çəkdiyimiz o torpaqları bizə qaytaran əsl sərkərdə İlham Əliyevə sonsuz təşəkkür borcumuz var”.

Bu sözləri dünən keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi ilə bağlı təəssüratlarını bölüşən Xalq artisti, “Şöhrət” ordenli xanəndə Arif Babayev Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə sevincinin yerə-göyə sığmadığını bildirib:

“İçimdə bir sevinc, qürur, fəxarət hissi var. Sevincim yerə-göyə sığmır. Seçkilər uğurla keçdi. Azərbaycan xalqı bu seçkilərə toy-bayram kimi qatıldı. Mən də layiqli namizədim İlham Əliyevə səs verdim. Səhhətimlə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyim üçün evdə səs verməli oldum.

Bu əsl zəfər seçkisi idi və Azərbaycana zəfəri qazandıran qalib ölkənin qalib sərkərdəsi səs çoxluğu ilə seçkilərdə qalib gəldi. Başqa cür ola da bilməzdi. İllərlə həsrətini çəkdiyimiz o torpaqları bizə qaytaran əsl sərkərdə İlham Əliyevə sonsuz təşəkkür borcumuz var.

Gözlərim sevincdən doldu. Ona görə ki, illər sonra işğaldan azad olunan doğma Qarabağımızda, ana vətənimizin gözəl torpaqlarında da seçkilər keçirilidi. O torpaqlarda xalq öz namizədinə səs verdi. Qarabağda da toy-bayram əhval-ruhiyyəsi yaşanır”.

Cəvahir

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv