Reklam: High Technic
hightechnic

Arif Hacılı "əlcəyi" qaldırdı: "Sərdar Cəlaloğlu ilə yolumuz əvvəl də eyni deyildi"

Reklam: High Technic

Müsavat başqanı ADP sədrinin “yolayırma” mesajına reaksiya verib.

Yenicag.az-a açıqlamasında Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Müsavat və AXCP ilə yollarımız ayrıldı” bəyanatına münasibət bildirən Müsavat başqanı Arif Hacılı həmkarının fikirlərindən narahat olmayaraq, bunları deyib:

“Sərdar Cəlaloğlu ilə yollarımız bundan əvvəl də eyni deyildi. Birgə bloklarda təmsilçiliyimiz isə çox əvvəllər olub. Bu barədə əlavə nəsə demək istəmirəm”.

Xatırladaq ki, Müsavat 11 aprel seçkilərində prezidentliyə namizədliyi qeydə alınan Sərdar Cəlaloğlunun dəstəklə bağlı müraciətini mənfi cavablandırıb.

ADP sədri isə bu münasibətdən narazı qalaraq, Yenicag.az-a verdiyi açıqlamada Müsavat, o cümlədən, Xalq Cəbhəsi Partiyası (AXCP) isə yollarını ayırdığını bəyan edib.

Qeyd edək ki, ADP 2003-cü ilin prezident seçkilərində Müsavatın sabiq başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyib.

Bundan başqa, Müsavat və ADP 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun tərkibində təmsil olunublar.

A. Zeynalov

www.yenicag.az

1935