!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arif Quliyevin ölümündən sarsılan aktyor: “Oğlunun yanına getdi”

!Reklam – Yazi

“Arifin ölüm xəbəri məni yandırıb-yaxdı. Arif sevilən aktyor idi, “kisə”mizdən getdi”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Arif Quliyevin ölümündən sarsılan əməkdar artist, tanınmış aktyor Vahid Əliyev deyib.

Aktyor Arif Quliyevin illər öncə dünyadan köçən oğluna qovuşduğunu bildirib:

“Arifi illərdir ki, tanıyıram. Milli koloriti olan bir aktyor idi, çox sevilirdi. Təəssüf ki, Azərbaycanda olan bir çox aktyorlar kimi onun potensialını açan bir rejissor olmadı. Yaxşı insan idi, heyf ondan. İtirə-itirə gedirik. Ağırdır bu xəbərləri eşitmək. Şəxsi həyatında da ağrıları olan bir aktyor idi. Oğul itkisi də onu çox əymişdi. Oğlunun yanına getdi”.

Cəvahir

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv