!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arif Quliyevin xanımı AĞIR DURUMDA: “Xahiş edirəm, kömək edin” - AÇIQLAMA

!Reklam – Yazi

“Sağlığında Arifə verilən təqaüd ölümündən sonra kəsilib. Çox xahiş edirəm ki, o təqaüd bərpa olunsun”.

Bunu mərhum Xalq artisti, tanınmış aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, səhhətinin ağır olduğunu, maddi xərclərin öhdəsindən gələ bilmədiklərini bildirib:

“Vəziyyətim yaxşı deyil, mütəmadi müalicə olunuram. Neçə illərdir ki, qaraciyər serrozundan əziyyət çəkirəm. Bu xəstəlik sağalan deyil, sadəcə vaxtlı-vaxtında müalicə olunmalıyam. Bu da maddi xərc tələb edir. Arif dünyasını dəyişəndən sonra maddi sıxıntıların öhdəsindən gələ bilmirik. Sağ olsun Arifin dostları, xalqımız, dərmanlarımı almağa kömək edirlər. Amma nə vaxta qədər onlar mənə kömək edəcək?! Özümüz də buna görə utanırıq. Sağlığında Arifə verilən təqaüd ölümündən sonra kəsilib. Çox xahiş edirəm ki, o təqaüd bərpa olunsun. O təqaüd yenidən verilsə, mən öz müalicə xərcimi, dərmanlarımı həmin pulla qarşılayaram. Əlaqədar qurumlardan xahiş edirəm, bu işdə mənə köməklik göstərilsin”.

Qeyd edək ki, aktyor 2021-ci il mayın 6-da koronavirusdan dünyasını dəyişib.

Cəvahir

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv