!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıqlamaq istəyənlər üçün HİPNOZ VARİANTI: “Müalicə üsullarının təsirini və sürətini artıran...”

!Reklam – Yazi

“Hipnoterapiya müasir tibb dünyasında digər müalicə metodlarına əlavə olaraq tətbiq edilən, müalicə prosesini sürətləndirən və yüngülləşdirən üsul kimi qəbul edilir”.

Bu fikirləri son zamanlar geniş yayılan hipnoz vasitəsilə arıqlamağın mümkünlüyü haqda danışan dietoloq Rəna Həsənova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hipnoz heç vaxt təkbaşına tətbiq ediləcək müalicə üsulu deyil:

“Hipnoz insanın öz bədəni və ruhu üzərində nə dərəcədə təsirinin olduğunu kəşf etməsidir. Bu zamanı diqqətin cəmlənməsi, konsentrasiyanın toplanması və təlqin yolu ilə arıqlamaq nəzərdə tutulur.

Hipnoz edilə bilməyiniz belə sizin öz iradənizdən asılıdır və bu durum öz daxili gücünüzdən yararlanaraq probleminizi həll etməkdir. Burada nəzərə alınması vacib olan əsas məqam tibbi hipnozun heç vaxt təkbaşına müalicə üsulu olmamasıdır.

Hipnoz sadəcə olaraq, tətbiq edilən müalicə üsullarının təsirini və sürətini artıran köməkçi vasitədir. Yəni yalnız hipnoterapiya ilə ideal çəkiyə sahib olmağımız mümkün deyil”.

Nuray Məmmədzadə

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv