Müəyyən fiziki hərəkətlərlə qısa müddətdə qarın piylərindən azad olmaq mümkündür.
Yeni ilə çox az qalıb. Məlumdur ki, bir çox insan bayrama qədər artıq çəkilərindən qurtulmaq, bədən proporsiyalarını formaya salmaq istəyir.
Bu mövzuda xüsusilə, qadınların həssas olduqlarını vurğulamaq yerinə düşər. Qarın nahiyəsində piylər isə nəinki qadınların, həm də kişilərin əsas problemlərindən biridir.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, tanınmış fitnes məşqçisi Roman Filippenko bu problemi qısa müddətdə asan üsulla həll etməyin yollarını açıqlayıb.
Filippenko bildirib ki, iki növ idman hərəkəti – plank və kranç təmrinləri yeni il ərəfəsində qarın piylərindən xilas olmaq üçün mükəmməl variantdır.
Lakin zədə almamaq üçün hərəkəti düzgün etmək lazımdır. Mütəxəssis həmçinin, piyada gəzməyi məsləhət görüb:
“Bu, kalori yandırmağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edən sadə üsullardan biridir. Gəzinti ayaq, omba və qarın əzələlərini aktivləşdirir”.