!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Armud və ayı misalı: Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbi nədir? - RƏY

!Reklam – Yazi

“Həqiqətən sülh istəyirlərsə, erməniləri yerində oturtmağı bacarmalıdırlar. Erməni lobbisinin təsiri altında qərar qəbul etməməlidirlər”.

Bunu ABŞ-nin Cənubi Qafqazda sülh çağırışlarının nə qədər gerçəkçi olduğu haqda danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ indiyə qədər müdaxilə etdiyi heç bir məsələdə sülhə nail olunmayıb:

“Yəni ABŞ-nin hazırda Cənubi Qafqazda sülhə nail olmaq istədiyindən əmin deyiləm. Birincisi, Qərb və ABŞ sülh dedikdə Azərbaycanın Ermənistana güzəşt etməsini istəyir. Belə bir sülh müqaviləsi isə mümkün deyil. İkinci olaraq isə erməni lobbisinin geniş fəaliyyət göstərdiyi yer Fransadan sonra ABŞ-dir. ABŞ senatı, hətta prezidenti belə erməni lobbisinin səsini almaq üçün, təəssüf ki, ədalətli mövqe sərgiləmir.

Birinci Qarabağ müharibəsindən sonra erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresinin “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi hələ də qüvvədədir. Eyni zamanda, hər il qondarma erməni soyqırımının tanınması ilə bağlı iclaslar keçirilir.

ABŞ Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq üçün sülh istəyə bilər. Azərbaycan Cənubi Qafqazın ən güclü, Avropanı enerji ilə təmin edən dövlətidir. Bu səbəbdən Azərbaycanın ədalətli mövqeyinə dəstək olmalıdır. Həqiqətən sülh istəyirlərsə, erməniləri yerində oturtmağı bacarmalıdırlar. Erməni lobbisinin təsiri altında qərar qəbul etməməlidirlər. Qərb Paşinyanın qara qaşına-gözünə aşiq olmayıb. Sadəcə onun əli ilə Cənubi Qafqazdakı maraqlarını təmin edə, hətta müharibə ocaqları belə yarada bilərlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv