!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan boşanmalar, dağılan “yuvalar” - “Belə getsə, gələn il...” - Sosioloqdan SOS SİQNALI

!Reklam – Yazi

“Keçən il boşanmaların sayının getdikcə artacağını demişdim. Bu da özünü doğrultdu. Belə getsə, gələn il boşanmaların sayı bundan da artıq olacaq”.

Bu sözləri Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral aylarında boşanmaların sayının artması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sosioloq səbəbləri sadalayıb, ailə institutunun möhkəmləndirilməsi üçün heç bir maarifləndirmə işlərinin görülmədiyini təəssüf hissi ilə bildirib. Həmçinin çıxış yollarını göstərib:

“Bunun əsas səbəblərindən biri, ailə institutunun möhkəmləndirilməsi və qorunması üçün lazım olan addımlar atmamağımızdır. Sadəcə olaraq, formal işlərlə məşğuluq. Halbuki bunun üçün konkret addımlar atılmalıdır. Nikah şöbələrinin nəzdində yeni ailə qurmaq istəyən cütlüklər üçün kurslar təşkil olunmalı, evlənmək istəyənlər məcburi qaydada o kurslara cəlb olunmalıdır. Hətta orta təhsil müəssisələrindən başlamaq lazımdır. Biz ilk növbədə gənclərimizi maarifləndirməliyik ki, ailə qurarkən düzgün seçim etməyi bacarsınlar. Digər tərəfdən çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərlərin rolu artırılsın. Mənəvi dəyərlər sıxışdırıldıqca və bu dəyərlər arxa plana keçdikcə boşanmaların sayı artacaq. Axı bu istiqamətdə kim hansı işləri görür? Proses başlı-başına qalıb. Ailə instiutunun qorunması üçün profilaktik tədbirlər də görülmür, dağılan ailələrin qarşısı alınmır. Böhranlı vəziyyətin aradan qaldırılması üçün valideynlərlə necə maarifləndirmə işləri aparılmalıdır? Sosial müdafiə təşkilatları ilə iş necə qurulmalıdır? Bu işlər düzgün qurulmadığı üçün acı nəticə göz qabağındadır.

Məhəllələr üzrə gənc ailələrlə işləyən sosial iş xidmətləri olmalıdır. Ailələrin sosial müdafiəsi ilə bağlı fəaliyyət göstərməlidir. Amma bu sadaladıqlarımın heç biri yoxdur. Elə özümüz deyib, özümüz eşidirik”.

Cəvahir

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv