!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan müharibə ritorikası: Azərbaycan antiterror əməliyyatı keçirəcək?

!Reklam – Yazi

“Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa əlacı yoxdur”.

Bu sözləri artan müharibə ritorikasını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, müharibə ehtimalları çox yüksəkdir:

“Müharibənin olacağı ilə bağlı informasiyalar artıb. Bu onunla bağlıdır ki, dinc surətdə məsələlər həll olunmayanda güc variantına keçirilir. Bizim bölgədə də vəziyyət elədir ki, müxtəlif səbəblərdən Ermənistan-Azərbaycan arasındakı münaqişə ermənilərin və onların arxasında olanların günahı üzündən dinc yolla həll olunmur. Belə olan halda çıxış hərbi yola qalır. Bu səbəbdən də bölgədə müharibə gözlənilir. Erməni tərəfi revanşist əhval-ruhiyyə ilə yaşayır, müharibəyə hazırlaşır. Düşünürəm ki, Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa əlacı yoxdur.

Ermənilərin uzun müddət Azərbaycana davam gətirəcəyi absurtdur. Nə də onlara heç kim kömək etməyəcək. Qısa müddətdə Azərbaycan ordusu İrəvana qədər gedib çata bilər. Bunu da ermənilər çox yaxşı bilir”.

Səxavət Məmməd

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv