!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan QƏTL HALLARI: "Bu şəxslər cinayət əməllərinə daha çox meyil edirlər" - Sosioloq rəyi

!Reklam – Yazi

“Qətl xəbərlərinin efirlərdən, sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən tamamilə yığışdırılmasına ehtiyac var”.

Bunu son günlər qadın qətllərinin yenidən artmasını və mətbuatda bununla bağlı xəbərlərin çox yayımlanmasını şərh edən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qətl xəbərlərinin yayımı cinayət hadisələrin daha da artmasına yol açır:

“Əvvəllər efirlərdən qətl xəbərlərinin yığışdırılmasının vacib olduğunu bildirirdik. Bu gün nə qədər haqlı olduğumuz özünü açıq şəkildə göstərir. Təəssüf doğuran məqam odur ki, kütləvi informasiya vasitələrinin əməkdaşları sanki qətl xəbərlərini daha operativ yaymaq üzrə yarışırlar. Qətl xəbərlərinin efirlərdən, sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən tamamilə yığışdırılmasına ehtiyac var. Çünki bu xəbərlər yayıldıqca qətl hadisələrinin sayını daha da artırır. Ailəsində müəyyən problemi olan və ya psixoloji vəziyyəti yerində olmayan şəxslər cinayət əməllərinə daha çox meyil edirlər. Nəzərə almaq lazımdır ki, indiki dövrdə əksər insanların sosial-psixoloji durumu yerində deyil. Qətl törətmək zorakılığa meyilli insanların əlində su içimi kimidir. Bu baxımdan qətl xəbərlərinin yayılması dəlinin yadına daş salmaqdır. Vəziyyətin bu şəkildə davam etməsi ciddi fəsadlar yarada bilər.

Onu da qeyd edim ki, mövcud acınacaqlı vəziyyətlə bağlı müvafiq qurumların mübarizəsi müşahidə olunmur. Əgər kütləvi informasiya vasitələrində çalışanlar mübarizə metodunu görmürlərsə, deməli, cəmiyyətdə maarrifləndirmə işləri aparılmır. Müvafiq qurumlar cəmiyyətin gələcək aqibətini qorumaq üçün indiki vəziyyətin qarşısını alan addımlar atmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv