!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan şantaj HALLARI: "Vətəndaşlara tövsiyəm odur ki..." - RƏY

!Reklam – Yazi

Son dövrlərdə şantaj halları artıb. Sosial şəbəkələrdə tez-tez şantaja məruz qalan siravi vətəndaşlar barədə paylaşımlar edilir.

Bəs bu kimi halların necə qarşısını almaq olar? Vətəndaşlar nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Şəmsəddin Əliyev bildirib ki, əvvəlki illərdə bu tip hallar baş vermirdi:

“Əvvəllər hətta bir dənə belə şantaj hadisəsi olmurdu. Texnologiya inkişaf etdikcə, belə hallar çoxaldı. Bunun da öz səbəbləri var.

Pul maraqlarına görə belə addımlar atılırır. Bunun qarşısını almaq bir oğrunu, cinayətkarı tutmaq qədər asan deyil. Peşəkarlıq tələb edilir. Nəinki bizdə, bütün dünyada şantaj halları var. Bunu daima ictimailəşdirmək lazımdır ki, insanlar agah olsun.

Hər kəs ehtiyatlı olmalıdır. Bəzi insanlar var ki, öz şəkillərini müxtəlif pozalarda çəkir, yayır. Şantaj edən şəxs də bundan sui-istifadə edir. Hətta bunu montajla belə edirlər. Vətəndaşlara tövsiyəm budur ki, aldanmasınlar. Hər kəsə inanmasınlar. Xəbərləri izləsinlər. Maksimum ehtiyatlı olmağa çalışsınlar”.

Şahanə Paşa

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv