!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan simptomlar, rol oynayan FAKTORLAR: "Bu xəstəliyin yaranması..." - AÇIQLAMA

!Reklam – Yazi

“Vərəm xəstəliyi əsasən sosial xəstəlik sayılır. Yəni vərəmin yayılması sosial səbəblərdən qaynaqlanır”.

Bu sözləri Yenicag.az-a vərəm xəstəliyinin artması, yayılması və səbəbləri ilə bağlı danışarkən tibbi ekspert Rasif Bağırov deyib.

O bildirib ki, həyatımızda baş verən hadisələr vərəmin yaranmasında rol oynaya bilər:

“İnsanların həyat tərzindən asılı olaraq görürük ki, xəstəliklər artır. Bəzən ölkələrdəki yaşayış tərzinə və xəstəlik statiskalarına baxırıq. Görürük ki, həqiqətən də həyat tərzi vacib faktordur. Məsələn, həbsxanadakı məhkumların çoxunda vərəm xəstəliyi var. Çünki şərait pisdir. Ümumiyyətlə, sosial vəziyyətin pisləşməsi, əmək haqqlarının qənaətbəxş olmaması, yediyimiz qidalar və s. kimi amillər tibbi problemlərə gətirib çıxarır”.

Həmçinin o qeyd edib ki, genetik faktorların da rolu qaçınılmazdır:

“Valideynlərdə və ya qohumlarda bir xəstəlik varsa, onların ailə üzvlərində də yarana bilər. Amma özünü qorusa, yaranmaz. Əsas şərt odur ki, daima sağlamlığa nəzarət edəsən”.

Şahanə Paşa 

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv