!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan tələbə sayının yaradacağı PROBLEMLƏR: Universitet çatışmazlığına və sıxlığa səbəb olacaq?

!Reklam – Yazi

Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır. Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir.

Universitetlərin hazırkı ərazisi və infrastrukturunun qeyd olunan sayda tələbə qəbuluna hazır olub-olmaması ilə bağlı təhsil eksperti Adil Vəliyev öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, qarşıdakı tələbələrin sayının artımı ilə bağlı gözləntilər tələbə sıxlığı və ya universitet çatışmazlığı kimi problemə yol açmayacaq:

“Əslində, qeyd olunan rəqəmlər təxmini nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, universitetlərdə bir neçə ildən sonra yeni korpuslar tikilir və ya daha çox tələbə qəbul etmək üçün kontingentləri genişləndirilir. Bununla yanaşı, yeni universitetlər də yaranır. Məsələn, indiki məqamda İtaliyanın Azərbaycan universitetinin və Türkiyə-Azərbaycan universitetinin yaranacağı gözlənilir. Bu tip universitetlərin yaranması müraciət saylarının artmasına yol açır. Bundan başqa, Azərbaycandakı hər bir abituriyentin ali təhsil müəssisəsində təhsil alacağı ilə bağlı qayda yoxdur. Abituriyentlər arasında xarici ölkələrdə təhsil almaq istəyənlərin sayı kifayət qədər çoxdur. Yuxarıda qeyd olunan tələbə sayında təkcə universitetlər deyil, peşə məktəbləri və kolleclər də nəzərə alınıb. Bu baxımdan nəzərdə tutulan proqnozun hər hansısa problem yaradacağını düşünmürəm. Onu da qeyd edim ki, yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə də yeni universitetlər yaradılacaq. Bu isə paytaxt Bakıdakı tələbə sıxlığının aradan qaldırılmasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv