!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan təxribatların SƏBƏBİ: "Paşinyan onun icazəsi olmadan münaqişəni alovlandırmaq istəyən ünsürləri..."

!Reklam – Yazi

“Tərəflər arasında sülh danışığı məsələsi gerçəkləşməyə başlayanda dərhal Parisdə, Tehranda, Moskvada düymələr basılır və Ermənistan ordusundakı casuslar, təxribatçılar qan salırlar”.

Bu fikirləri Azərbaycan-Ermənistan arasında danışıqlar prosesinin yerini hərbi gərginliyin almasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya, İran və Fransa gərginliyin artmasını istəyir:

“Ümumi mənzərə ondan ibarətdir ki, 2020-ci ildə müharibə olub, Ermənistan məğlub olub. Ermənistan cəmiyyətinin əksər hissəsi anlayıb ki, Qarabağı Azərbaycandan ala bilməyəcəklər və bununla barışırlar. Bu, Ermənistan Baş nazirinin dili ilə də deyilir. Bunu münaqişədən bəhrələnən Rusiya, Fransa və İran kimi dövlətlər istəmir.

Ermənistanda siyasi mübarizəni uduzmuş, hakimiyyəti itirmiş, parlamentdə cəmi 25 faizlə təmsil olunan radikal azlıq da bunu istəmir. Onlar münaqişənin davam etməsini istəyirlər. Çünki onlar münaqişə sayəsində hakimiyyətə gəlmişdilər, varlanmışdılar. Onlar münaqişənin davamını istəyirlər. Yeri gəlmişkən, həmin qrup Ermənistan güc strukturlarına nəzarət mexanizmini hələ də saxlayırlar. Paşinyan yüz faiz, mütləq hakim deyil. Ona görə də tərəflər arasında sülh danışığı məsələsi gerçəkləşməyə başlayanda dərhal Parisdə, Tehranda, Moskvada düymələr basılır və Ermənistan ordusundakı casusları, təxribatçıları qan salırlar. Son gərginliyin başqa izahı yoxdur.

Əgər Paşinyan onun icazəsi olmadan münaqişəni alovlandırmaq istəyən ünsürləri tapıb cəzalandırsa, onda müharibə olmayacaq. Əgər Paşinyan buna nail olmasa, Azərbaycan ordusu həm Qarabağda, həm də Ermənistan ərazisində müharibə istəyən qüvvələrə zərbə endirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv