Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Artilleriyamız düşmənin dərinliklərdə yerləşən mövqelərini vurur” - Səxavət Məmməd cəbhədən xəbər verir

“Düşmənin Sərsəng Su Anbarının şimalında, o cümlədən, Ağdərənin müxtəlif istiqamətlərində yerləşən mövqələrinə dəqiq və sarsıdıcı zərbələr endirilib”.

Bunu döyüş bölgəsində oktyabrın 1-i saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, davam edən döyüşlər nəticəsində ermənilər çox ağır itkilər verirlər:

“Dünən axşam saatlarından etibarən, Ermənistan ordusunun artilleriya bölmələrinə endirilmiş güclü zərbələr nəticəsində onlar zərərsizləşdirilib. Ümumiyyətlə, bizim artilleriya bölmələrimiz dünən axşam saatlarında düşmənin Sərsəng Su Anbarının şimalında, o cümlədən, Ağdərənin müxtəlif istiqamətlərində yerləşən mövqələrinə intensiv olmayan, lakin dəqiq və sarsıdıcı zərbələr endirib.

Bizim ərazidəki komandanlıqla dəqiqləşdirdiyim informasiyaya əsasən, bu zərbələr nəticəsində ermənilər çox sayda itki verib. Eyni zamanda, düşmənə məxsus xeyli hərbi texnika, 7 ədəd “Ural” hərbi yük maşını qənimət kimi ələ keçirilib. Bununla yanaşı, ermənilərin çox sayda hərbi texnikası və artilleriya qurğuları məhv edilib.

Bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusunun bölmələri Tərtərin rayon mərkəzini, Düyərli, Qapanlı və bir sıra başqa kəndlərini atəşə tutur. Bu atəş nəticəsində Tərtər rayon mərkəzindəki dayanacaqda olan bir mülki şəxs həlak olub. Hazırda artilleriya bölmələrimiz düşmənin dərinliklərdə yerləşən mövqelərinə intensiv zərbələr endirirlər. Əməliyyat şəraiti tam olaraq, Ordumuzun nəzarətindədir”.

Gülşən Şərif

www.yenicag.az

2838