!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artıq Rusiya hava limanlarında müsəlmanlar YOXLANMAYACAQ

!Reklam – Yazi

Rusiyada müsəlmanların yoxlanılmadan ölkəyə buraxılması təklif edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Pulkovo hava limanının baş direktoru Leonid Sergeyev bildirib. O deyib ki, İslam normaları bizim təhlükəsizlik standartlarımıza uyğun deyil və buna görə də onların dəyişdirilməsi lazımdır.

“Rusiya Yaxın Şərqdən gələn turistlərin yoxlanılmasını dayandırmalıdır. Çünki hava limanlarında mövcud yoxlama standartları onları ölkəyə səyahət etməkdən çəkindirir.
Bu cür qonaqları öz şərq təfəkkürünə zidd olaraq ailəsinin gözü önündə saxlamaq və axtarmaq olmaz”, – Sergeyev vurğulayıb.

Lakin onun bu təklifi ruslar arasında təşviş və narazılıq yaradıb.

“Görünür, bu axmaq adam bilmir ki, terrorçular və narkotik alverçiləri bu rahatlıqdan o dəqiqə istifadə edəcəklər. Amma əgər siz Rusiyanı islamlaşdırmaq qərarına gəlmisinizsə, onda açıq deyin”, – deyə ruslar sosial şəbəkələrdə yazıblar.

Xuraman Etibarlı

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv