!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artırılan tələbə təqaüdləri: "İnsan kapitalının inkişafı üçün..." - Professor RƏYİ

!Reklam – Yazi

Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən etibarən artırılıb.

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda reallaşdırılan növbəti sosial paket dalğası ölkənin sosialyönümlü dövlət kimi mövqeləşməsi istiqamətində atılan daha bir addım kimi dəyərləndirilə bilər:

“Belə ki, ölkədə sosial müdafiə sistemi çərçivəsində şəffaflığın təmin edilməsi, idarəetmədə effektivliyin artırılması hesabına bir çox iri sosial layihələr reallaşdırılmaqdadır. Bütövlükdə bu sosial layihələr ölkənin ictimai-siyasi və sosial-iqtisadi istiqamətdə dayanıqlı inkişafına təkan verir. Bu isə olduqca mühümdür. Hazırda reallaşdırılmaqda olan dördüncü sosial paket çərçivəsində 750 milyon manatlıq xərc zərfi var. Bu, büdcə xərclərində sosial sahənin önəminin artdığını göstərir. Sözügedən tədbirlər ölkədə daxili istehlak bazarının qorunmasına şərait formalaşdırmaqdadır. Bu şərait iqtisadi inkişafa təkan verməklə yanaşı, hazırkı sosial paket 1.9 milyon vətəndaşa edilən ödənişlərin həcminin artmasına səbəb olub. Gənc tədqiqatçıların, magistrların, tələbələrin, doktorantların aldığı təqaüdlərin artması olduqca önəmlidir. Çünki bu dəstək insan kapitalının inkişafı üçün gənc təbəqənin elmi istiqamətə yönləndirilməsində motivasiya xarakterlidir. Fikrimcə, gənc tədqiqatçıların sosial müdafiəsi möhkəmləndirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv