Artur Rəsi-zadə Milli Məclisdə – Baş nazir hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatı dinlənilir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov hökumətin fəaliyyəti ilə bağlı ümumi dəyərləndirmə aparıb. Daha sonra Artur Rəsi-zadə Milli Məclis tribunasından ötən ilin iqtisadi yekunlarına dair hesabatın təqdimatına başlayıb. Baş nazir irihəcmli hesabatda ölkə iqtisadiyyatının mühüm sahələrinə dair tendensiyalar haqqında geniş məlumat verib. Konkret sahələr üzrə statistik göstəriciləri açıqlayan Rəsi-zadə iqtisadiyyatda inkişaf tempinin davam etdiyini deyib.

Hesabatda “Asan xidmət”in fəaliyyətinə də yer ayrılıb. Baş nazir qeyd edib ki, vətəndaşlara geniş sferalar üzrə xidmət göstərən “Asan xidmət”in əhatə dairəsinin genişlənməsi bölgə əhalisinin də bu xidmətdən istifadəsinə imkan yaradıb.

Çıxış davam edir.

Araz Zeynalov

COP29