!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arutyunyan Bakıya gətiriləcək?: "Bunun üçün gizli əməliyyat keçirilməlidir" - İlham İsmayıl

!Reklam – Yazi

“”Əməliyyat və kəşfiyyatın qrurumları tərəfindən Arayikin məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – ifadəsi qeyri-peşəkarlıqdır”.

Bu fikri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzovun özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən “Arayik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi və qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – deməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, “Əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – ifadəsi qeyri peşəkarlıqdır:

“Arayik Arutyunyanın qısa müddətə istintaqa təqdim ediləcək fikrini anlamaq olar. Bunun üçün bir müstəntiq Xankəndinə və yaxud Şuşaya ezam olunur. Orada Rusiya sülhməramlılarının bayrağı altında görüş keçirilir. Bunu “İstintaqa təqdim edildi”, – deyə, bildirmək olar. Burada həbs məsələsi yoxdur, istintaqa təqdim edilməsi təqdim olunacaq.

“Əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – ifadəsi isə həmin əməliyyatın və kəşfiyyatın üstündən xətt çəkmək deməkdir. Əgər o əməliyyat olacaqdısa, gizlin olacaqdı. Kəşfiyyat qurumları gedib ona order göstərməyəcək, Arayik də onların qabağına düşüb gəlməyəcək. Bunun üçün gizli əməliyyat keçirilməlidir. Bu əməliyyatı əvvəlcədən niyə elan edirlər? Əvvəlcədən deyirik ki, gəlib səni tutacağıq. “Arşın mal alan” filmində belə bir səhnə var, obrazlardan biri deyir ki, “Aç qapını, gəlib səni öldürəcəm”. Bu ona bənzədi. Arayik bundan sonra gedib oturacaq İrəvanda və oradan çıxmayacaq. Onda nə olacaq? Arayik əvvəlcədən deyirdi ki, seçkilərdə iştirak etməyəcəyəm. Bunu qeyri-peşəkarlıq hesab edirəm. Bu açıqlamanı bəlkə də cəmiyyəti ruhlandırmaq üçün veriblər”.

Səxavət Məmməd

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv