!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadına işgəncə etdi: Çəkiclə döydü

!Reklam – Yazi

Ötən il Bakıda arvadının başına çəkiclə çoxsaylı zərbələr vuraraq onu öldürməyə cəhd edən və hökm oxunan şəxsin son məhkəmə iclasının detalları məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə oktyabrın 25-də Binəqədi rayonunda baş verib.

Belə ki, 65 yaşlı Sərdar Namazov arvadı, 53 yaşlı Gülnarə Namazova ilə aralarında yaranmış mübahisə əsasında çəkiclə onun başına çoxsaylı zərbələr endirib. Qəsdən arvadını öldürməyə cəhd edən Sərdar Namazovun əməli ilə bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Sərdar Namazov bildirib ki, Gülnarəni öldürmək istəməyib:

“Gülnarə mənim ikinci arvadımdır. Birinci arvadımla 2009-cu ildə boşanmışıq. 2010-cu ildə Gülnarə ilə tanış olub evləndik. Onunla evlilikdən bir qızımız oldu. Uşaq elə doğulandan bir qədər problemli olması ailə münasibətlərimizə də təsir etdi. Özüm xəstəyəm, dəfələrlə narkoz alıb, əməliyyat olmuşam. Gülnarənin mənə olan münasibəti əvvəllər çox yaxşı idi. Amma son illər onda dəyişikliklər gördüm. Mənə qarşı diqqətsiz idi. Nə yemək hazırlayır, nə də paltarlarımı yuyurdu. Bundan əlavə onun qonşuluqda yaşayan bir kişi ilə münasibətinin olduğundan da şübhələnmişdim. Bir dəfə axşam o mənə uşaqla birlikdə bacısıgilə gedəcəyini deyib çıxdı. Təxminən 20 dəqiqə sonra dəhlizdən səs eşitdim. Evdən çıxanda gördüm ki, uşaq anasını çağırır. Daha sonra arvadımla həmin kişini birlikdə dəhlizdə gördüm. Bütün bunlar məni təngə gətirdi. Hadisə baş verən gün də ondan niyə belə etdiyini soruşanda yaxşı etdiyini dedi. Bundan sonra əsəbiləşib çəkiclə onun başına yüngül zərbələr vurdum”.

Hadisə zamanı xəsarət alan Gülnarə Namazova öz ifadəsində bildirib ki, Sərdarın dedikləri tamamilə yalandır. Onun heç kimlə münasibəti olmayıb:

“Həmin şəxs əvvəllər bizim yaşadığımız yataqxanada qalıb. Daha sonra çıxıb gedib. Onunla heç bir əlaqəm olmayıb. Sərdar mənə böhtan atır. Onu heç vaxt bağışlamayacam. Mənə qarşı qəddarlıq edib. O, qəsdən başıma çəkiclə zərbələr endirərək məni öldürmək istədi. Onun əlindən qaçıb dəhlizə çıxsam da, əl çəkmədi. Dalımca gəlib öz işinə davam etdi. Onun ömürlük azadlıqdan məhrum edilməsini istəyirəm”.

Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Namazov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv