!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını vəhşicəsinə döyən şəxs 12 manat ödəyib CANINI QURTARDI

!Reklam – Yazi

Bakı şəhəri, Nizami Rayon Məhkəməsi paltarını ütüləmədiyi üçün arvadını döyən kişi ilə bağlı qərar verib. 

Yenicag.az xəbər verir ki, avqust ayının 6-da Murad (ad şərtidir) paltarını ütüləmədiyi üçün keçmiş həyat yoldaşı Xatirəni (ad şərtidir) döyüb.

Təqsirləndirilən şəxslə həyat yoldaşı arasında 6 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində paltarın ütüləməməsinə görə mübahisə yaranıb. Bu zaman Murad qadının ünvanına nalayiq ifadələr işlədib, döşəmə taxtası ilə onun sol qolundan, təpiklə isə ayaq nahiyəsindən vurub. Zərərçəkmişə sol bazunun hematoması və sıyrığı, hər iki baldırın qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər diaqnozu qoyulub.

Hadisədən dərhal sonra Murad saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. İş Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirib ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə (təqsirləndirilən şəxs) barışıb və şikayəti yoxdur, bir daha onu təhqir etməməsini tələb edir, buna görə də məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir.

Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilib. Hər iki tərəf cinayət işinin icraatına xitam verilməsini xahiş edib.

Sonda məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib. Murada məhkəmədə 2 saat pulsuz hüquqi yardım göstərildiyi üçün 12 manat tutularaq Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsinə qərar verilib.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv