Reklam: High Technic
hightechnic

Arvadını yaralı buraxıb, "yubka" almağa getdi - FOTO

Türkiyədə əri ilə birlikdə motoskiletdə hərəkət edən qadın anidən yola yıxılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb qadının ətəyinin motoskiletin zəncirinə ilişməsi olub.

Nəticədə 60 yaşlı Şerife G. adlı qadının sol ayağında qırıq əmələ gəlib. Yoldan keçənlər dərhal hadisə yerinə təcili tibbi yardım çağıraraq, qadını xəstəxanaya çatdırıb.

Qəza nəticəsində qadının ətəyi cırılıb. Buna görə də qəzadan dərhal sonra qadının 62 yaşlı əri Mehmet G. arvadını yaralı vəziyyətdə qoyaraq, ona “yubka” almağa yollanıb.

 

 

www.yenicag.az

744