Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arzuxan Əlizadə: “Karantin rejiminin sərtləşdirilməsi fonunda digər problemlər baş qaldırır” - VİDEO

14:37

“Bu gün yoluxma sayının artmasına ictimai nəqliyyatdakı sıxlıq əhəmiyyətli dərəcədə təsir göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirusa yoluxma sayının artdığı şəraitdə atılacaq mümkün addımları dəyərləndirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma ilə bağlı sabitləşməyə nail olmaq üçün qəbul ediləcək qərarlar diqqətlə təhlil edilməlidir:

“Həqiqətən də, son günlər koronavirusa yoluxanların sayı sürətlə artır və hər zaman dediyimiz kimi, faktik olaraq, gözəgörünməz bir düşmənlə üz-üzəyik. Elə bir vəziyyət yaranıb ki, bu virusdan dünyasını dəyişənlərin sayı günbəgün çoxalır. Koronavirus təhlükəsini indi hər kəs öz ailə üzvləri, qohumları və ya tanışlarının timsalında görüb hiss etməkdədir.

Sözsüz ki, bu vəziyyətin müsbətə doğru dəyişəsi üçün müəyyən addımlar atılmalıdır. Lakin karantin rejiminin sərtləşdirilməsi, SMS icazə sisteminin yenidən tətbiqi gözlənilən effekti verəcəkmi? O halda da başqa problemlər özünü göstərəcək, gündəlik həyatda və iqtisadi fəaliyyətdə durğunluq yaranacaq.

İndiki çəraitdə insanlar stresdən maksimum uzaq olmalı, əmək qabiliyyətlərini qorumaq üçün normal qidalanmalı və immunitetlərini gücləndirməlidirlər. Ancaq qaydaların sərtləşdirilməsi fonunda bu məsələləri təmin etmək mümkün olacaqmı? Belə suallar çoxdur.

Digər tərəfdən, hər kəs bilir ki, bu gün yoluxma sayının artmasına ictimai nəqliyyatdakı sıxlıq əhəmiyyətli dərəcədə təsir göstərir. Metronun işləmədiyi şəraitdə əhali marşrut avtobuslarından istifadə etmək məcburiyyətindədir. BNA-nın öz işini düzgün qurmamasının nəticəsində marşrut avtobusları yoluxma mənbəyinə çevrilib. Əsas bu kimi məsələlərə diqqət yetirilməlidir ki, insanların daha çox yoluxduqları mühit aradan qalxsın”.

Gülşən Şərif

www.yenicag.az

503