Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aşağı düşən alıcılıq qabiliyyəti: “Yeni iqtisadi modelin formalaşdırılmasına ehtiyac var” - EKSPERT

“Ölkə iqtisadiyyatında əsas gəlirlər əməkhaqqı, təqaüd, pul göndərişləri və sosial müavinətlər hesabına baş tutur. Bu gəlirlərin azalması alıcılıq qabiliyyətinə ciddi təsir göstərir”.

Yenicag.az xəbər verir ki, bunu ölkənin mövcud sosial-iqtisadi vəziyyətini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, hazırkı vəziyyətdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bu gedişat ticarət dövriyyəsinə, bankların və biznes subyektlərinin fəaliyyətinə olduqca mənfi təsir göstərib:

“Tədqiqatlar göstərir ki, Azərbaycan iqtisadiyyatında yeni bir dövr başlayıb. İqtisadiyyatın vəziyyəti əvvəllər ölkəyə gələn neft pulları hesabına tənzimlənirdi və iqtisadi inkişaf neft sayəsində təmin olunurdu. Büdcəyə yönəldilən neft pulları bir sıra layihələrə, xüsusilə də tikinti sahəsinə aid işlərə sərf olunurdu. Bu, alıcılıq qabiliyyətinə müsbət təsir etməklə yanaşı, investisiya imkanlarını artırırdı. Nəticədə transferlər hesabına bank sektoru da inkişaf edirdi.

Digər tərəfdən sosial sabitliyin təminatı həyata keçirilirdi. Hazırkı pandemiya dövründə isə sosial təminatın aşağı düşməsi, əlilliklə bağlı dərəcə əldə etməyin çətinləşməsi, əməkhaqqlarının aşağı düşməsi müşahidə olunur. Ötən ilin əvvəlində orta aylıq əməkhaqqı 712 manat olduğu halda, hazırda bu məbləğ 692 manat təşkil edir.

Qeyd etmək lazımdır ki, özəl müəssisələrdə də əvvəlki kimi yeni iş yerləri açmaq və əməkhaqqı ödəmək imkanları geniş deyil. Buna pandemiya kimi obyektiv səbəblə yanaşı, subyektiv yanaşmalar da təsir edib. Bu baxımdan ölkədə yeni iqtisadi modelin formalaşdırılmasına və dövlət tərəfindən çevik qərarların qəbul edilməsinə ehtiyac var. Həmçinin tələbin stimullaşdırılması və sahibkarlara dəstək proqramlarının genişləndirilməsi zəruridir. Çünki pandemiya dövrü davam edir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

268
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100