!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ASAN Könüllüləri” Təşkilatının bir qrup üzvü Milli Məclisdə oldu - FOTO

!Reklam – Yazi

Oktyabrın 5-də “ASAN Könüllüləri” Təşkilatının 50-yə yaxın üzvü 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimovla görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, görüşdən əvvəl könüllülər Milli Məclisin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra parlamentin plenar iclas zalı ilə tanış olan könüllülərə Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verilib, qanunvericilik prosesinin həyata keçirilməsinə dair onları maraqlandıran suallar cavablandırılıb.

“Heydər Əliyev adına xatirə zalı”nda könüllülər müasir müstəqil Azərbaycanın qurulmasında müstəsna rol oynamış Ümummilli Liderin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olan könüllülərə Milli Məclisin foyesində yaradılmış həmin guşə haqqında məlumat verilib.

Sonra Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı deputat Eldar İbrahimovla görüş keçirilib. E.İbrahimov Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması yolunda həyata keçirdiyi nəhəng işlər barədə danışıb, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.

Sonra Eldar İbrahimov Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr etdiyi “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı üçcildliyi könüllülərə hədiyyə edib.

Görüşdə iştirak edən parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kitabın tərtibçi-redaktoru Mehman Qaibov məlumat verib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və məsul redaktorluğu ilə nəşr olunmuş kitabda Heydər Əliyevin 1993-cü ildə Ali Sovetin sədri olduğu 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları ilk dəfə oxuculara təqdim olunur. O bildirib ki, gənc nəsillər üçün faydalı olacaq bu nəşrdə bir sıra tarixi məqamlar və fotoşəkillər öz əksini tapıb.

Sonra Milli Məclis tərəfindən hazırlanmış “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film barədə məlumat verilib. İdeya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olan film barədə məlumat verən ssenari müəllifi Mehman Qaibov qeyd edib ki, filmin hazırlanmasında Milli Məclisin arxiv materiallarından istifadə olunub və Heydər Əliyevin filmdə nümayiş etdirilən bir neçə çıxışı ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.

Sonda “ASAN Könüllüləri” Təşkilatının üzvləri “Heydər Əliyev – zamanın fövqündə” sənədli filmini izləyiblər.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv