!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA Şəhid Allahverdi Babayevə həsr olunan filmi təqdim etdi - VİDEO

!Reklam – Yazi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən Gənclər Fondunun dəstəyi ilə ərsəyə gətirilən Vətən müharibəsi şəhidi Allahverdi Babayevə həsr edilmiş “SUQOVUŞANI AZAD EDƏN KİÇİK ÇAVUŞ: Allahverdi Babayev haqqında sənədli film” adlı filmin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Mingəçevir Gənclər Evində baş tutan təqdimat mərasiminə Assosiasiya sədri, şəhidin ailə üzvləri, dostları, Mingəçevir İcra Hakimiyətinin rəsmisi və gənclər qatılıblar.

Mərasimi giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov filmin 3 ay ərzində ərsəyə gəldiyini, sözügedən filmin Assosiasiya tərəfindən hazırlanmış 5-ci film olduğunu vurğulayıb, Gənclər Fonduna təşəkkür edib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov Şəhid Allahverdi Babayevin ailəsinə icra başçısı İlham İsmayılov adından başsağlığı verib. T. Əsgərov şəhər rəhbərliyinin bütün Şəhid ailələrinə diqqətlə yanaşdığını xüsusi qeyd edib.

Sonda layihə çərivəsində hazırlanan fincan və disklər iştirakçılara təqdim olunub.

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv