!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Namiqdən İNANILMAZ ETİRAF: “Həcə gedib gələndən sonra belə şeyləri yığışdırdım”

!Reklam – Yazi

“Bəzi qadınlar var ki, “mənə bunu at, onu at” deyə-deyə lütlənib biabır formada “TikTok”a çıxırlar…”

Bu sözləri Aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi “TikTok” sosial platforması ilə bağlı fikirlərini bölüşüb. Əksər məşhurların bu platformada qazanc əldə etdiklərini deyən Namiq özünün də vaxtilə “TikTok”da olduğunu, lakin Həcc ziyarətinə gedib-gələndən sonra bu sosial şəbəkədən getdiyini bildirib:

“Bəzi qadınlar var ki, “mənə bunu at, onu at” deyə-deyə lütlənib biabır formada “TikTok”a çıxırlar. Hətta orada bir-birini qıranlar da var. Tələbələrim də mənim üçün “TikTok” açmışdı. Dərs zamanı açıb toyda, məclisdə olan videolarımızı paylaşırdıq. İki ay olar ki, profilimi bağlamışam. Gördüm ki, boş vaxt itkisidir. Amma “TikTok”da əməlli-başlı pul qazananlar var. “TikTok”u özünə peşə seçib, orada qazanc götürüb dolanırlar. Hətta “TikTok” bağlananda hay-həşir salmışdılar.

Elə məşhurlar da var… Hətta keçən dəfə efirdə məşhurların dilindən eşitdim ki, bir ay ərzində 20, 30 min qazınırlar. Keçən il bir neçə sənətçi var idi ki, özləri mənə zəng edib deyirdilər, gəl mənə dəstək ol. Ağılsız kimi haradasa 5 minə yaxın pulum sərf etdim. Sonradan fiikrləşdim ki, bu pulu onlara verənə qədər elə kasıb-kusuba verərəm. Sonradan nə qədər dedilər, dedim, yox, mənlik deyil.

Onu da deyim ki, “TikTok”da mədəniyyətsiz adamlar daha çoxdur, hansı ki, saxta profillərlə girib onu-bunu söyürlər. Amma “Instagram”da o qədər deyil.

“TikTok” platformasında məşhurlarımız da çoxdur. Aktrisa Pərvin Abiyeva, Pişik Günel, Kənan M.M “TikTok”da canlı açıb, günün 2-3 saatını ora həsr edirlər. Mən Həcc ziyarətinə gedib-gələndən sonra belə şeyləri yığışdırdım. Çünki bəzən canlı açırdım, görürdüm hansısa bir qız qoşulub, açıq-saçıq geyimdə. Deyirdim, xanım olmaz bir az qapalı geyinəsən, deyirdi, Namiq müəllim, bura “TikTok”dur, burada kiməsə ədəb-ərkan dərsi keçəcəksən?..”

Cəvahir

www.yenicag.az

1474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv