!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Namiqin görməyə gözü olmayan SƏNƏTÇİLƏR: “Şou-biznesdə məni qıcıqlandıran 2-3 adam...”

!Reklam – Yazi

“Bəzi verilişlərdə elə adamlar görmüşəm, demişəm ki, nahaq gəldim bu verilişə, gərək gəlməzdim”.

Bu sözləri “Dəvət aldığınız verilişdə qonaqların kimliyi sizi maraqlandırırmı” sualını cavablandıran aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bildirib ki, arzuedilməz vəziyyətin yaranmaması üçün verilişdə başqa kimlərin olacağını dəqiqləşdirmək lazım gəlir:

“Həmişə verilişə dəvət alanda, həmin verilişdə hansı qonaqların olacağını soruşuram. Çünki aşıq sənəti fərqli janrdır. Bəzi verilişlər olub, orada meyxanaçı, aktrisa, aparıcı, jurnalist, estrada müğənnisi, xanəndə olub də… Əsas odur, ortam uyğun gəlsin.

Məsələn, şou-biznesdə 2-3 adam var ki, onları görəndə qıcıq oluram. Həmin adamlar o verilişdə olanda deyirəm, məni çağırmayın. Bəzi aparıcılar da kimnsə kiminləsə problemi olan müğənniləri bilərəkdən eyni verilişə çağırırlar. Bu da reytinq xatirinə edilir.

Etiraf edim ki, bəzi verilişlərdə mən də olmuşam. Həmin vaxt prodüserə də, aparıcıya da iradımı bildirmişəm ki, bu adamla münasibətimi bildiyiniz halda, niyə məni onunla eyni verilişə çağırırsız? Söhbət oxumaqdan getmir, əsas insani keyfiyyətlərdir.

Bəzi verilişlər var ki, müğənnilər oraya ödənişlə çıxır. 40 yaşım var, 13 yaşımdan efirlərdəyəm, bəzən görürəm yaxşı oxuya bilmir, amma deyir, barəmdə bir xoş söz de. Könlünü qırmıram, deyirəm, mərifətli oğlansan, bir müəllim yanına da getsən, daha yaxşı olar. Amma bəzi verilişlərdə elə adamlar görmüşəm, demişəm ki, nahaq gəldim bu verilişə, gərək gəlməzdim”.

Cəvahir

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv