!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Samirədən SENZURA TƏKLİFİ: “Hər yetən “Yanıq Kərəmi”ni ifa edir, amma...”

!Reklam – Yazi

“Aşıq, sənətkar dediyin, öz məktəbini formalaşdırır, davamçılarını yetişdirir, bu sənətdə tarix yaradır ”.

Bu fikirləri təsadüfi qeyri-peşəkarların aşıq sənətini gözdən salması haqda danışan Aşıq Samirə Yenicag.az-a açıqlamasında deyib.

O, hər yetənə aşıq deməyin düzgün olmadığını vurğulayaraq, bu məsələdə senzuranın tətbiqini vacib sayıb:

“Aşıq adını daşıyan şəxs aşığa aid olan bütün xüsusiyyətləri əks etdirməlidir. Alətdə ifası, oxuma bacarığı, dastançılıq bacarığı (qiraət) rəqs və sair.

Adam var saz, yaxud digər simli alətlərdə çalır. Müşayiətçi kimi ansanblda başqa janrlarda musiqilər ifa edir. Onlar aşıq deyil, sadəcə, instrumental ifaçıdır.

Aşıq solist olaraq aşıq havalarını ifa etməlidir, özü də doğru, düzgün formada. Hər yetən “Yanıq Kərəmi”ni ifa edir, çalğıda “Yanıq Kərəmi”dən başqa hər şey var. Bunlar qeyri-peşəkar yanaşmadır.

Belə hallar hər sahədə var. Elələrinin varlığı peşəkarların üstünlüyünü daha da qabarıq şəkildə üzə çıxarırr. Qeyri-peşəkarlar, “üçgünlük”, “beşgünlük” ifaçılar həmişə olub, olacaq da. Onlar özlərindən sonra heç bir sənət qoyub getmirlər.

Aşıq, sənətkar dediyin, öz məktəbini formalaşdırır, davamçılarını yetişdirir, bu sənətdə tarix yaradır. Hər yetənə aşıq, hər yetənə sənətkar deyilir. İnsanlar fərqinə varmalıdır ki, həmin adam buna layiqdirmi?

Bir-iki nəfərin danışmağı ilə belə məsələlər düzələn deyil. Senzura olmalıdır. Bir də ki, xalqın gözü onsuz da tərəzidir. Kim sənətkardır, kim sənətkar deyil. Kim aşıqdır, kim aşıq deyil, xalq qəşəng bilir”.

Cəvahir

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv