!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Samirəni TOPA TUTDULAR: “Bu nə rəzalətdir?” - FOTO

!Reklam – Yazi

İTV-də yayımlanan “Səs Azərbaycan” musiqi yarışmasında münsiflər heyətində təmsil olunan Aşıq Samirə sərt tənqidlərə tuş gəlib.

Yenicag.az xəbər verir ki, aşığın estrada yarışmasında təmsil olunması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yazılan rəylərin əksəriyyətində onun estrada yarışmasına uyğun olmadığını bildiriblər:

“Aşıq Samirə münsif? Bəs onda niyə orada meyxanaçı Samirə yoxdur? O biri Samirədən nəyi əskikdir? Münsiflər həqiqətən münsif olmalıdır ki, insanlar yarışmaya baxsın.
Aşıq haradan klassik musiqini bilsin? Münsiflərdə təmsil olunmaq üçün bir korifey tapılmır, gör musiqimiz nə gündədir?..

Bu nə münsiflərdir. Bu nə rəzalətdir? Azərbaycanın Sevda Ələkbərzadəsi, Zülfiyyə Xanbabayevası, Eyyub Yaqubovu, Samirası ölüb görən? Bu yarışma xalq ulduzudur?…”

Qeyd edək ki, sözügedən estrada yarışmasında xalq artisti, muğam ifaçısı Gülyaz Məmmədova, Aşıq Samirə və İlqar Xəyal təmsil olunur. Sosial şəbəkələrdə gedən müzakirələrdə digər münsif İlqar Xəyalı da münsif kürsüsünə yaraşdırmayıblar.

Cəvahir

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv