!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyə: “Qadın görür, əri bütün günü başını telefondan qaldırmır, o da…”

!Reklam – Yazi

“Qadın baxır ki, əri bütün günü sosial şəbəkələrdə əyləncəsindədir. Qadın da eyni hərəkəti təkrarlamağa başlayır”.

Bunu son günlər sürətlə artan boşanmalarla bağlı fikirlərini bölüşərkən Aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi ailələrin dağılmasının əsas səbəbini maddi çətinliklərlə əlaqələndirib:

“Boşanmaların sayı həddən artıq çoxalıb. Mən bunun əsas səbəbini ilk növbədə maddiyyatda görürəm. Ər işdən gəlir, baxır ki, hazır yemək yoxdur. Qadın təbii ki, ona deyir, sən alıb gətirməlisən ki, mən də nəsə bişirim. Kişinin də nəsə almağa maddi imkanı yoxdur. Belə olan halda, kişidə aqressiya yaranmağa başlayır. Eləcə də qadın sərt reaksiya verir. Münaqişə yaranır. Allah qadınlarımıza da, kişilərimizə də ağır versin. Bir az məntiqlə düşünsünlər, olana qane olsunlar. Təbii ki, bəzən ona da qane olmaq olmur. Nəticədə ailələr dağılır. Boşanmağa görə nə kişini, nə də qadını qınaya bilmirəm. Çünki elə səbəblər qoyurlar ortaya ki, adam mat-məəttəl qalır. Ər də özü-özlüyündə haqlı çıxır, qadın da…”

Zülfiyyə soial şəbəkələrin də boşanmaların artmasında əhəmiyyətli rol oynadığını bildirib:

“Sosial şəbəkələrin də payı var. Qadın baxır ki, əri bütün günü sosial şəbəkələrdə əyləncəsindədir, gözü ancaq telefondadır. Başlayır qadın da eyni hərəkəti təkrarlamağa. Bir də görürlər ki, onların arasında sevgidən, diqqətdən, qayğıdan heç nə qalmayıb. Biganəlik, soyuqluq ailələrin axırına çıxır. Axırda da boşanırlar”.

Cəvahir

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv